Hekayəmiz

"Namlı kebap 1971-ci ildə Türkiyənin İstanbul şəhərinin Levent rayonunda əslən Elazığ vilayətinin Maden şəhərindən olan Kamil KIRBAÇ Beyefendi tərəfindən yaradılıb. 1971-ci ildə Kamil bəy İstanbula Mədən şəhərində işlətdiyi klubu üçün bilyard masası almağa gəlir. Burada o, dayısı oğlu və adaşı Kamil bəy ilə birlikdə Namlı Kebabın Leventdə ilk qurulduğu dükanı satın alır. Beləliklə, Namlı Kebap hekayəsi başlayır. O gündən sonra Namlı Kebap Leventdə böyüyərək bu günə qədər inkişaf edir. Namlı Kebap 48 ildir müştərilərinə göstərdiyi nümunəvi qonaqpərvərlik, gülər üz və səmimiyyətlə, təmizliyə yüksək dərəcədə diqqəti, servis və xidmətin keyfiyyəti, kadr hazırlığında uğurları və ən əsası, dadlı yeməkləri ilə bu gün nəinki İstanbulun, bütün Türkiyənin aparıcı, etibarlı və prestijli ət restoranlarından birinə çevrilib."

AZƏRBAYCANDA İLK RƏSMİ TÜRK ƏT RESTORAN MARKASI Namlı Kebap Bakü restoranının açılması cənab Kamil KIRBAÇ bəy 10 avqust 2010-cu ildə Bakıya səfər etdikdən sonra planlaşdırılıb, onun icazəsi və böyük dəstəyi ilə restoran bugünkü ünvanında işə başlayıb. Namlı Kebap Bakü bir aylıq hazırlıq işləri görüldükdən sonra, beynəlxalq müqavilə ilə təsdiqlənmiş rəsmi patent alınmaqla açılıb.

MİSSİYAMIZ Namlı Kebap brendinin bu günə qədər Türkiyədə göstərdiyi etibarlı və keyfiyyətli xidməti başda Bakı olmaqla bütün Azərbaycanda siz dəyərli qonaqlarımıza təqdim etməkdir.

BAXIŞIMIZ Kamil bey və Namlı Kebap Bakıya ən dəyərli və bacarıqlı əməkdaşlarını göndərib. Hədəfimiz qısa zamanda müştərilərimizin də dəstəyi ilə bu brendi Bakıda sağlam təməllər üzərində çalışan sabit bir restorana çevirmək və zəncirləri qırmaqdır.